AZ

Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür

"Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür".

APA xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması üzrə yüksək səviyyəli tədbir"də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, metan güclü istixana qazıdır və tullantı sektoru metanın ən sürətlə böyüyən mənbəyidir:

"Bu problem poliqonlarda, açıq hovuzlarda və çirkab sularda üzvi tullantılar parçalandıqda yaranır. UNEP-in Qlobal Metan Qiymətləndirilməsinə əsasən, 1,5 dərəcə ssenarilərinə uyğun olmaq üçün dünya tullantı sektorundan metan emissiyalarını 2030-cu ilə qədər 30-35 %, 2050-ci ilə qədər isə təxminən 55 % azaltmalıdır. Bu azalmalar təkcə iqlim üçün deyil, həm də əhəmiyyətli sosial və iqtisadi faydalar təmin etmək üçün lazımdır".
"Tullantı sektoru transformasiya dəyişikliyi üçün unikal imkan yaradır. Bu gün biz üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsini qəbul edirik. Bu Bəyannamə artan hədəfləri təşviq etmək və daha çox hökuməti Qlobal Metan Öhdəliyinə qoşulmağa ruhlandırmaq məqsədi daşıyır", - deyə nazir əlavə edib.

Seçilən
16
50
apa.az

10Mənbələr