AZ

Palau kiçik ada dövlətləri üçün iqlim maliyyəsinin əlçatanlığını təmin etməyə çağırır

Bakı. Trend:

İqlim dəyişiklikləri inkişaf etməkdə olan kiçik ada dövlətlərə(SIDS) ciddi zərbə vurur.

Trend xəbər verir ki, bunuPalau Prezidenti Surangel Semuel Uipps COP29-da milli bəyanatlaçıxışında bildirib.

"İqlim dəyişiklikləri bizim adalarımıza müdaxilə edir, ərzaqtəhlükəsizliyimizə, infrastrukturumuza, iqtisadiyyatımıza,mədəniyyətimizə və hətta mövcudluğumuza təhlükə yaradır", - deyə oqeyd edib.

O, bu təsirləri qlobal sabitliyə zərbə kimi qiymətləndirib vəParis Sazişinin hədəflərinə nail olmaq və qlobal temperaturartımını 1,5°C daxilində saxlamaq üçün kollektiv iradəyəçağırıb.

Prezident, Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) iqlimmaliyyəsi baxımından əhəmiyyətini vurğulayaraq, onun uyğunluğunu vəkifayətliliyini təmin etməyə çağırıb.

"Bu gün başlayacağımız tədbirlər bizim sağ qalmağımız üçünhəyati əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

S.S.Uipps Palaunun iqlim təşəbbüsləri, o cümlədən bərpa olunanenerji mənbələrinə keçid, təbiəti mühafizə həlləri və yerliicmaların dayanıqlığının artırılması haqqında məlumat verib. Lakino, sənaye inkişaf etmiş ölkələrin qalıq yanacaqlardan imtinaprosesini sürətləndirməsinin vacibliyini vurğulayıb.

"Palau və Cənub-Qərbi Sakit Okeanda dəniz səviyyəsi digərbölgələrə nisbətən daha sürətlə artır. 1980-ci ildən bəri dənizsəthinin temperaturu dünya üzrə orta göstəricidən üç dəfə dahasürətlə artır, dəniz istilik dalğalarının tezliyi ikiqat artıb,daha intensiv və uzun müddətli olub. Bizim məşhur meduzalarımızyoxa çıxır, mərcan rifləri ağarır və balıq populyasiyaları azalır.Bunların hamısı qalıq yanacaqlardan asılılığımızın nəticəsidir", -deyə o bildirib.

O, okean və iqlim arasında əlaqəyə xüsusi diqqət yetirilməsinə,dayanıqlı okean iqtisadiyyatının, dəniz ekosistemlərininqorunmasının və sahilyanı ərazilərin dayanıqlığının artırılmasınınvacibliyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
66
3
az.trend.az

4Mənbələr