"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Valyuta.az xəbər verir ki, tender Ağdərə rayonu Umudlu yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi ilə bağlıdır. Tenderin qalibi "İntegras" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 milyon 515 min 615 manatdır.
Əvəz Həsənov