AZ

Nazir: Böyük Britaniya COP29-un sədrliyi dövründə "Harmoniya" təşəbbüsünü alqışlayır

Böyük Britaniya COP29-un sədrliyi dövründə "Harmoniya" təşəbbüsünü alqışlayır.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın ətraf mühit naziri Meri Kriq "COP to COP Aqrar-Sənaye Kompleksinin İrsi: Qlobal İqlim Məqsədlərinə nail olmağın açarı" adlı tədbirdə bildirib.

"Biz sağlam və dayanıqlı ərzaq sistemlərinin yaradılması üçün zəruri şərt kimi su təhlükəsizliyinin təmin edilməsinə investisiya qoymalıyıq. Lakin biz həmçinin siyasət islahatlarını aparmalı və subsidiyaların insanlara, iqlimə və iqtisadiyyatlara fayda verəcək şəkildə yönəldilməsini təmin etməliyik. Hər il hökumətlər kənd təsərrüfatı və ərzaq sektoruna milyardlarla dollar dəstək ayırır, lakin mövcud siyasətlərin tez-tez ətraf mühitə zərər verən və hətta qida və qidalanma təhlükəsizliyini, iqtisadi artımı və həyat vasitələrini pozan arzuedilməz stimullar yaratdığına dair əlimizdə əsaslı sübutlar var. Mən BƏƏ bəyannaməsi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün əməkdaşlıq etmək imkanını səbirsizliklə gözləyirəm və Braziliya ilə əməkdaşlığı, hansı ki, ümid edirik ki, COP30 dövründə kənd təsərrüfatı və iqlim dəyişiklikləri üzrə gündəliyə rəhbərlik edə biləcək. Və nəhayət, mən COP29-un sədrliyi dövründə "Harmoniya" təşəbbüsünü alqışlayıram, hansı ki, ambisiyalarımızın uyğunlaşdırılmasına və onların ümumi təsirinin artırılmasına yönəldilmişdir", - deyə o bildirib.

Seçilən
12
2
apa.az

3Mənbələr