Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqasında daha bir oyunu idarə edib.
QOL.az xəbər verir ki, o, 6-cı turda ötən gecə keçirilən Lüksemburq - Şimali İraldniya matçının baş hakimi olub.
Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.
2:2 hesabı ilə başa çatan matçda Elçin Məsiyev meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Şimali İrlandiya hazırda 11 xalla qrup lideri, Lüksemburq isə 3 xalla sonuncudur.