AZ

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma:“ÇADIR ŞƏHƏRCİYİ” YIĞIŞDIRILDI

Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qarşıdurma Gürcüstan paytaxtının Melikişvili prospektində baş verib.

 

Polislər aksiya iştirakçılarını geri çəkməyə, qurulan çadırları sökməyə və yolun hərəkət hissəsini açmağa nail olublar. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Etirazçılar isə öz növbəsində polislərə daş və müxtəlif əşyalar atıblar.

 

KİV-in məlumatına görə, aksiyada bir neçə etirazçı saxlanılıb, bir nəfər isə xəsarət alıb və təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılıb.

 

Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib.

 

Bunun ardınca ölkədə seçkinin nəticələri ilə razılaşmayan vətəndaşlar etiraz aksiyasına başlayıblar. Aksiyaçılar noyabrın 17-si axşam saatlarında bir çox küçələrdə çadırlar qurub, ətraf ərazilərdən skamyalar gətirərək yola yığıblar.




Tbilisi Dövlət Universitetinin (TDU)  binasında Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edən gürcü müxalifət qüvvələrinin 24 saatlıq etiraz aksiyası başlayıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları Varazixevi küçəsi ilə Çavçavadze prospektinin kəsişməsindəki TDU-nun birinci korpusunun yanında çadırlar qurublar.

 

Müxalifət nümayəndələri buranın - universitet ərazisinin etirazçıların yalnız ilk dayanacağı olduğunu bildiriblər.

 

“Dəyişiklik naminə” koalisiyasının liderlərindən biri Nika Qvaramiya konkret hərəkətlərə keçməyə çağırıb: “Gəzmək, səs-küy salmaq – bütün bunlar bitdi. Biz vətənə sahib çıxmalıyıq. Biz Avropaya gedirik! Bəli, biz Avropaya gedirik!”.

 

Ətraflı videomaterialda: 


Seçilən
62
17
senzor.az

10Mənbələr