AZ

Qida və su təhlükəsizliyinin idarəedilməsi olduqca aktualdır - AQTA-nın sədr müavini

Qida və su təhlükəsizliyinin idarəedilməsi olduqca aktualdır. Bunu AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva COP29 beynəxalq tədbiri zamanı "Vahid Sağlamlıq: Konsepsiyadan gerçəkliyə" mövzusunda təqdimat zamanş deyib.
 
O bildirib ki, insan, heyvan və ekosistemin sağlamlığının optimal səviyyələrinə çatmaq vahid yanaşmadır.  
 
""Vahid Sağlamlıq” yanaşmanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir", - sədr müavini çıxışında deyib. 
 
Bakıda COP29 beynəxalq tədbiri keçirilir. Bu gün tədbirin doqquzuncu günüdür. 
 
Tədbirdə 100-dən çox ölkənin rəsmi nümayəndləri çıxış edir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
26
anews.az

1Mənbələr