2023-cü ilin fevralında Ermənistanın Azərbaycan ilə razılaşdırmadan, sərti dövlət sərhəddində yerləşdirdiyi Avropa İttifaqının Casus Missiyasının (AİCM) iki illik mandatı başa çatmaq üzrədir. Azərbaycanın daim əleyhinə olduğu AİCM fəaliyyəti ərazidə müsbət irəlləyişlər əldə etməyə imkan vermədi. Mənasız, qorxaq və güllə səsi gələn kimi yoxa çıxan AİCM mandatı 3 ay bitir.
Ermənistanın bu missiyanın gələn ilin fevralından sonra sərhəddə casusluq fəaliyyətlərini davam etdirilməsi xahişi ilə Avropa İttifaqına müraciət etməsi, Azərbaycan ilə davam edən və zəif perspektivlərə malik olan kövrək danışıqlar prosesinə çooox mənfi təsir edəcək.
Əvvəlcə sir-sifətini, sonra Azərbaycana qarşı olan məmurlarını təmizləyən Nikol Pashinyan / Նիկոլ Փաշինյան AİCM mandatından da canını qurtarmalıdır. Ermənistanın təhlükəsizliyinə zəmanəti yalnız Azərbaycan və Türkiyə təqdim edə bilər.
Ədalət Verdiyev