AZ

Paşinyan 6 naziri qovdu: Ermənistanda nə baş verir? – TƏHLİL

Ermənistanda maraqlı hadisələr baş verir. Tribunainfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bir gündə 6 naziri vəzifəsindən azad edib. Onların arasında güc strukturlarının rəhbərləri ilə yanaşı, sosial və iqtisadi sahələrə baxan məmurlar da var.
Erməni siyasi cameəsi bu məsələdə bir neçə fikirdədir. Müxalifət iddia edir ki, Nikol Paşinyan işdən çıxardığı nazirlərdən aylıq haqq ala bilmədiyi üçün onları vəzifələrindən azad edib. Bu erməni müxalifətinin ənənəvi yanaşması və publikaya hesablanmış təbliğatıdır.
Cəmiyyət hesab edir ki, Ermənistanın baş naziri yeni sistem qurmaq üçün bu addımı atıb. Onlar buna misal kimi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də bir zamanlar analoji addım atmasını göstərirlər. Onlar hesab edirlər ki, Qərb Ermənistanda yeni format yaratmağa çalışır.
Bir qism isə düşünür ki, Paşinyan hakimiyyətdə olduğu dönəmin ən aşğı reytiqindədir. Onlar hesab edirlər ki, Ermənistanın baş naziri düşən reytinqini qaldırmaq üçün belə bir addım atmağa məcbur olub.
Bəs, əslində nə baş verir? Tribunainfo.az xəbər verir ki, Nikol Paşinyanın qəfil, özü də Vatikanda səfərdəykən belə bir addım atması Qərbdə tarazlıqların dəyişməsi ilə bağlı ola bilər. Belə ki, 2018-ci ildən Paşinyanı müdafiə edən demokratlar, lazım olan bütün köməklikləri etməklə yanaşı, həm də onun Rusiyadan qopmasına nail olublar. Lakin yeni prezident Donlad Trampın Ermənistanla bağlı yanaşması tam əksi ola bilər.
Xarici analitiklər hesab edirlər ki, Paşinyan 6 ilə yaxındır Rusiya ilə “savaş” vəziyyətindədir və Qərbə inteqrasiya yolunu tutub. Bu prosesin sonun necə olacağını deməyin çətin olduğunu bildirən fikir adamlar düşünürlər ki, Tramp demokratlardan fərqli olaraq, analoji yanaşmanı saxlamayacaq. Bunu da Trampın Qafqazla bağlı siyasətinin loyal olması ilə izah edirlər.
Son zamanlar Paşinyanın Ermənistan daxilində reytinqinin aşağı düşməsi də müşahidə olunur. Bu, ölkədə aparılan sosial-iqtisadi islahatların artıq gözləntiləri qarşılamaması ilə daha çox bağlıdır. Yəni, nə Qarabağ məsələsi, nə də digər mövzularda erməni cəmiyyəti hər hansı sıxıntı görmürlər. Problem dolanışıq və xüsusən də fermerlərin öz məhsullarını satmağa bazar tapa bilməməsidir.
Eyni zamanda, sənaye məsələsində də vəziyyət yaxşı deyil. Hələ bir qədər əvvəl Ermənistan Statistika Komitəsi açıqlama yaymışdı ki, son 6 ayda başlanan iş yerləri səbəbindən 33 min erməni işsiz qalıb. Onun 16 mini isə ölkəni birdəfəlik tərk edib. Yəni, bu o deməkdir ki, Ermənistanda yeni iş yerləri yaranmaq əvəzinə, bağlanır.
Təbii ki, bunun fonunda Rusiyanın Ermənistanda təsir imkanlarının artması müşahdiə olunmalıydı. Yerli ümxalifətin Kremldən asılı olması sirr deyil. Lakin onların cəmiyyət tərəfindən qəbul edilməsində problem var. Bu da onunla bağlıdır ki, Ermənistanı vaxtıyla talan etmiş “Qarabağ klanı” həmin müxalifətin əsas nüvəsini təşkil edir. Bu da onların aksiyalarının uğur qazanmasına əngəl olan başlıca amildir.
Belə olan halda, Paşinyan məmurlarını istefaya göndərməsinin bir neçə səbəbi ola bilər. Birincisi, Trampdan sonra Paşinyana daha monolit və Rusiya ilə baş-başa gələ biləcək komanda lazımdır. Xüsusən də işdən çıxarılanların əksəriyyətinin güc strukturlarını təmsil etdiyinə diqqət etsək, bunu aydın şəkildə görə bilərik.
İkincisi, Paşinyan köhnə komandasının artıq ona zərər verdiyini görərək, bu addımı atmalı olub. Çünki işədn çıxarılan nazirlərin artıq ölkədə əsas narazılıq mənbəyi olduğu daha aydın görünürdü. Xüsusən də güc strukturlarının bir sıra ciddi səhvləri etirazlara belə səbəb olmuşdu.
Üçüncüsü, Rusiya faktoru və erməni kilsəsinin oyunbazlığı da əsas amillərdən biri hesab oluna bilər. Çünki hər iki qüvvə Ermənistanı daxildən qarışdırmaq üçün uzun zamandır enerji sərf edirlər. Keşiş Baqratın ortaya atılması, Eçmiəzdin Kilsəsində davamlı toplantıların keçirilməsi və sairə bunların elemetlərindədir. Paşinyan komandasının üzvlərinin bəziləri isə kilsə ilə üz-üzə gəlmək istəmirdilər.

Seçilən
33
50
tribunainfo.az

10Mənbələr