AZ

Hindistan Rusiyadan almaz idxalını 25 dəfə azaldıb

2024-cü ilin sentyabrında Hindistan Rusiyadan almaz idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azaldıb.

“İnterfaks” bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinə istinadən xəbər verir.

İdxalın həcminin 1,5 milyon dollar olduğu dəqiqləşdirilir.

Daha əvvəl Hindistanın xarici işlər naziri Subramaniam Caişankar bildirib ki, Rusiya ilə ticarət balansının korreksiyaya ehtiyacı var , xüsusən də qeyri-tarif maneələrini aradan qaldırmaq.

DOĞRU.AZ

Seçilən
23
dogru.az

1Mənbələr