AZ

Paşinyan bir neçə məmuru WhatsApp vasitəsilə işdən çıxarıb

Ermənistanın baş naziri Nikol Paşinyan WhatsApp messencerində işdən çıxarılmaları barədə bir neçə məmura məlumat verib...

Poliqon xəbər verir ki, bu barədə Hraparak portalı məlumat yayıb.

"Nikol Paşinyan tabeliyində olan şəxslərdən ən alçaldıcı şəkildə qurtulub, onlara üz-üzə şikayətlərini bildirməyi və istefa məktubu yazmaq təklifini əsaslandırmağı lazım bilməyib", deyə materialda qeyd edilir.

Portalın məlumatına görə, belə bir bildiriş Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyana təsir edib. O, mesajı gəzinti zamanı alıb, bunu zarafat kimi qəbul edib. Lakin oxşar bildirişlər alan digər həmkarları ilə söhbətdən sonra Badasyan bunun doğru olduğunu anlayıb.

Bir gün əvvəl Nikol Paşinyan bir sıra yüksək rütbəli məmurlardan istefa verməsini xahiş etdiyini bildirib. Onun sözlərinə görə, belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, onun ictimaiyyət qarşısında danışdığı sistem xarakterlidir.

Noyabrın 17-də Ermənistan mətbuatında baş nazirin bir sıra əsas nazirləri və departament rəhbərlərini - Daxili İşlər Nazirliyinin rəhbərini, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbərini, İstintaq İdarəsinin rəisini, Dövlət Gəlirləri Komitəsinin rəhbəri və ərazi idarəetmə nazirini vəzifədən azad etmək qərarına gəldiyi barədə məlumat yayılıb. 

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr