BMT Baş Assambleyası 79-cu sessiyasında BMT və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında əməkdaşlığa dair qətnamə qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KTMT-nin saytı məlumat yayıb.
Sənəddə KTMT-nin sülhməramlı potensialın və BMT-nin məqsəd və prinsiplərinin həyata keçirilməsinə töhfə verən regional təhlükəsizlik, sabitlik sisteminin gücləndirilməsinə mühüm əməli töhfə verdiyi bildirilir.
Baş Assambleya həmçinin BMT Baş katibini ikitərəfli əməkdaşlıq çərçivəsində KTMT-nin baş katibi ilə müntəzəm məsləhətləşmələri davam etdirməyə dəvət edib.
KTMT Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı əhatə edən regional dövlətlərarası təşkilatdır. KTMT-nin əsas məqsədi üzv ölkələri xarici silahlı hücumlardan qorumaqdır.