AZ

Rusiya yığması yenə seçmə mərhələdən kənarda qalacaq

Rusiya millisi DÇ-2026-nın seçmə mərhələsində iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, şimallılar seçmə mərhələnin dekabrın 13-də baş tutacaq püşkatmasına da qatılmayacaqlar.

UEFA və FİFA Rusiya ilə bağlı qərarını dəyişməyib. Bu üzdən yığma mundiala vəsiqə üçün mübarizədən kənar qalacaq.

Qeyd edək ki, Rusiya komandaları 2022-ci ilin fevralında növbəti qərar verilənə qədər bütün yarışlardan kənarlaşdırılıb. Növbəti qərar hələ verilmədiyi üçün bu ölkənin yığması DÇ-2022 və AVRO-2024-ün ardınca DÇ-2026-nı da buraxacaq.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr