AZ

İsveç və Finlandiya vətəndaşlarına xüsusi təlimatlar keçilir

NATO müttəfiqləri   İsveç və Finlandiya vətəndaşlarına müharibədən necə sağ çıxacaqlarına dair yeni təlimat keçməyi planlaşdırır.

KONKRET.az  CNN-ə istinadən xəbər verir ki, hər iki dövlət NATO-ya yeni üzv olub. Onların NATO-ya daxil olduğu müddət  ərzində  bir çox Avropa ölkələri regionda uzunmüddətli təhlükəsizliyi gücləndirmək üçün hərbi xərclərini artırıblar. Skandinaviya ölkələrində milyonlarla evə paylanmış bukletlərə hərbi münaqişələrin, rabitənin və elektrik enerjisinin kəsilməsinin, habelə ekstremal hava hadisələrinin təsirlərinə necə hazırlaşmaq barədə təlimatlar daxildir. Su və ərzaq ehtiyatlarının necə saxlanılması barədə sakinlərə məsləhətlər verilir. Broşüralarda həmçinin valideynlər və baxıcılar üçün tövsiyələr, uşaq bezlərinin, dərmanların və uşaq qidalarının saxlanması barədə göstərişlər yer alır.

İsveç Mülki Fövqəladə Hallar Agentliyinin məlumatına görə, İsveç hökuməti noyabrın 18-dən etibarən iki həftə ərzində  beş milyon ailəyə “Om krisen eller kriget kommer (Böhran və ya müharibə gələrsə)” paketini paylamağa başlayıb. Deyəsən Baydenin Rusiyanı vurmaq haqqında bəyanatından sonra Avropada müharibə əhval ruhiyyəsi baş qaldırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr