AZ

İqlim məqsədlərinə nail olmaq üçün yeni kollektiv maliyyə öhdəlikləri lazımdır - Nazir

Bakı. Trend:

İqlim məqsədlərinə nail olmaq üçün yeni kollektiv maliyyəöhdəlikləri lazımdır.

Trend xəbərverir ki, bunu Fici baş nazirinin müavini və maliyyə naziri BimanÇand Prasad Bakıda keçirilən COP29 sammitində çıxış edərkəndeyib.

O qeyd edib ki, birlik olmasa, dünya üçün yeni reallıqlarakeçidin öhdəsindən gəlmək daha çətin olacaq. Bu, proteksionizminartmasına, çoxtərəfli əməkdaşlıqdan uzaqlaşmağa və hər kəsin yalnızöz maraqlarından çıxış etdiyi bir dünyanın yaradılmasına gətiribçıxara bilər.

"Biz həddi yüksəltməli və Paris sazişinin əsasını təminetməliyik. Qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədi sadəcə şüardeyil, sağ qalmaq üçün elmi əsaslı tələbdir. Bizim birgəfəaliyyətimiz də buna əsaslanır", - o bildirib.

O, həmçinin qeyd edib ki, hazırkı səylər 2025-ci il hədəflərininhəyata keçirilməsinə hazırlığa və qlobal iqlim siyasətiningücləndirilməsinə yönəlməlidir.

"Dünyanın 1,5°C hədəfinə çatması üçün 1,3 trilyon ABŞ dollarılazımdır. Alternativ, qeyri-stabil 3°C ​​istiləşmə olan dünyada ontrilyon dollar itki və xərcdir", - nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr