"Hər il noyabrın 15-dən Bakıda mənzillərə istilik verilməlidir.Lakin bu gün ayın 19-udur, hələ də Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 29-a istluk verilməyib".
Bu barədə binanın sakini, jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a məlumat verib. O bildirib ki, istilik cəmi bir gün, yəni noyabrın 15-də verilib, sonra isə kəsilib: "“Azəristiliktəchizat" ASC-yə zəng etmişik, əməkdaşlarına məlumat vermişik, tədbir görən yoxdur.
Batareyalara qaynar su verilmir. Qurumun əməkdaşları sakinlərə deyiblər ki, mənzil sakinləri günahkardır, guya onlar batareyaların kranın açıb havanı buraxmalıdır. Yalan deyirlər, mənzilləri bir-bir gəzib kranları açmışıq, dedikləri hava da çoxdan çıxıb. Xəttdə hava var idisə, noyabrın 15-də istilik necə verildi? Sakinlər çox narazıdır. Evdə xəstəsi, körpəsi olan var.
“Azəristiliktəchizat" ASC-nin qəsdi nədir, niyə izi soyuqdan dondururlar?"