AZ

2050-ci ilə qədər iqlim neytrallığı Aİ-nin məqsədi olaraq qalır - Attila Ştayner

Bakı. Trend:

2050-ci ilə qədər iqlim neytrallığı Avropa İttifaqının məqsədiolaraq qalır.

Trend xəbərverir ki, bunu Macarıstanın Energetika Nazirliyinin enerji və iqlimməsələləri üzrə dövlət katibi Attila Ştayner COP29-da Avropaİttifaqı adından çıxış edərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı və onun 27 üzv ölkəsiiqlimlə bağlı öhdəliklərin şəffaf və iddialı şəkildə həyatakeçirilməsinə çalışaraq qlobal iqlim siyasətində liderlik etməkdədavam edir.

"Biz artıq fəaliyyətsizliyin nəticələrini hiss edirik. İndibütün ölkələrin balanslaşdırılmış həll yollarına nail olmaq üçünqüvvələrini birləşdirmək həmişəkindən daha vacibdir", - obildirib.

A.Şteyner qeyd edib ki, Aİ qlobal istiləşmənin 1,5°C-ə qədərməhdudlaşdırılması da daxil olmaqla, Paris sazişində nəzərdətutulan hədəflərə çatmağın vacibliyini vurğulayır.

"Əsas problemlərdən biri iqlim təşəbbüslərini həyata keçirməküçün maliyyə resurslarının cəlb edilməsi, xüsusilə həssas ölkələrədəstək olmaqdır. Təkcə dövlət vəsaitləri kifayət deyil, inkişafetməkdə olan ölkələrin effektiv həll yollarına çıxışını təmin etməküçün beynəlxalq karbon bazarlarından daha fəal istifadə etməklazımdır", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
8
2
az.trend.az

3Mənbələr