AZ

Türkiyədə 450-dən çox FETÖ şübhəlisi saxlanılıb

Türkiyə polisi reydlər keçirib və ölkədə terrorçu kimi tanınan və 2016-cı ildə dövlət çevrilişinə cəhdə görə məsuliyyət daşıyan FETÖ təşkilatının fəaliyyətində iştirakda şübhəli bilinən şəxsləri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb. “FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı 66 vilayətdə 459 şübhəli saxlanılıb. FETÖ lideri vəfat etdikdən sonra da bu məkrli terror təşkilatına qarşı mübarizədə rahatlaşa bilmirik. Biz bu satqın strukturunu aradan qaldırana qədər bununla mübarizə aparacağıq”, - nazir qeyd edib.

Reydlər və həbslər Türkiyə Baş Prokurorluğunun əmrinə uyğun olaraq mərkəzi və regional təhlükəsizlik idarələri və onların əməliyyat və kəşfiyyat idarələri tərəfindən birgə həyata keçirilib.
Türkiyənin 81 vilayətindən 66-da polis, hərbi, tələbə mühiti, məhkəmə və maliyyə strukturlarında FETÖ-nün maraqlarına uyğun fəaliyyət təşkil edən şəxslər saxlanılıb.

 Onların hamısına qarşı müvafiq maddələrlə cinayət işi açılıb.

Seçilən
7
ucnoqta.az

1Mənbələr