AZ

Avropada gecənin sürprizi: San Marino

Futbol üzrə San-Marino millisi 1 gecədə 6 rekorda imza atıb.

Apasport.az xəbər verir ki, dünən UEFA Millətlər Liqasının D Liqası çərçivəsində San-Marino səfərdə Lixtenşteynlə qarşılaşıb.

3:1 hesablı qələbəyə sevinən San-Marino bu nəticə ilə öz qrupunu 1-ci sırada tamamlayıb.

Bu görüşdə yığma 6 rekord qırıb. 

Belə ki, komanda tarixində ilk dəfə bir il ərzində 2 dəfə 3 xal qazanıb, rəsmi matçda geridönüşə imza atıb, 3 qol vurub, qrupu ilk sırada tamamlayıb, C liqasına yüksəlib və ilk dəfə bir səfər matçında qələbəyə sevinib.

Qeyd edək ki, San-Marino millisi indiyə qədər 3 qələbə qazanıb.Komanda hər üç oyunda da Lixtenşteyni məğlub edib. 

 

Keynin heykəli təqdim olunub

"Qalatasaray" Bernardo ilə maraqlanır

“Roma”da yeni müqavilə

Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"

Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"

Seçilən
20
apasport.az

1Mənbələr