“Bir sıra Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə gizli şəkildə Rusiya ərazisinə uzaqmənzilli silahlarla dərin zərbələr endirməyə icazə verib”.
Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell məlumat yayıb.
Qeyd edək ki, Borrell ötən gün Aİ-ni Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırmışdı.
Daşqın HəsənovMissiya.Az