AZ

Türkiyənin Batman şəhərində etirazlar: polis 26 nəfəri saxladı

Türkiyənin Batman şəhərində polis iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 26 nəfəri saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Batmanda noyabrın əvvəlindən bəri vaxtaşırı etirazlar keçirilir, bir sıra bölgələrdə etirazçılarla polis arasında toqquşmalar baş verir.

“Polis və kəşfiyyatın birgə keçirdiyi əməliyyat nəticəsində küçə iğtişaşlarında iştirak edən 26 nəfər saxlanılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları icazəsiz aksiya iştirakçılarının saxlanılması istiqamətində işləri davam etdirir.

Xatırladaq ki, noyabrın 4-də Batmanda kütləvi etirazlar başlayıb və bu, iğtişaşlara çevrilib. Etirazçılar təkərləri və zibil qutularını yandırıblar. Vətəndaşların narazılığına səbəb Batman meri Gülüstan Senyukun vəzifəsindən uzaqlaşdırılması olub. O, “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr