AZ

Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

2025-ci ildən Azərbaycanda minimum əməkhaqqının məbləğinin 400 manata çatdırılması gözlənilir. Bununla hazırda 345 manat olan minimum əməkhaqqının 55 manat, yəni 16 faiz artırılması nəzərdə tutulur.

 

Sfera.az bildirir ki, minimum əməkhaqqının qeyd edilən məbləğləri maaş cədvəli (tarif cədvəli) üzrə müəyyən edilən məbləğlərdir və həmin vəsaitləri minimum maaş alanların heç biri əldə edə bilmir. İşçinin əldə etdiyi məbləğ, maaşdan icbari ödənişlər tutulduqdan sonra qalan məbləğdir. Bu məbləğə isə xalis əməkhaqqı deyilir.

 

Hazırda minimum əməkhaqqının xalis məbləği, yəni işçiyə çatan hissəsi 305,7 manat və 315,87 manatdır. Məbləğin fərqli olması əməkhaqqından tutulmaların sahələr üzrə fərqləndirilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən, əməkhaqqından tutulmalar dövlət və neft-qaz sektorundan bir cür, qeyri neft-qaz sektorundan və özəl sektordan başqa cür hesablanır.

 

Hazırda dövlət və neft-qaz sektorunda çalışanların xalis minimum maaşı 305,7 manat, digərlərindəki isə 315,87 manatdır.

 

2025-ci ildə minimum əməkhaqqının 400 manat olmasından sonra “ələ çatan” məbləğ dövlət və neft-qaz sektorunda 350 manat, qeyri neft-qaz sektorunda və özəl sektorda 364 manat təşkil edəcək.

 

Göründüyü kimi, minimum maaş özəl sektorda çalışanlarda dövlət və neft-qaz sektorunda çalışanlarla müqayisədə yüksək olacaq. Onu da bildirək ki, dövlət təşkilatlarının əksəriyyətində işçilərdən həmkarlar təşkilatına görə də pul tutulur.

 

Əgər həmkarlar təşkilatı üçün tutulma ay ərzində 2 faiz olarsa, bu halda dövlət təşkilatlarında xalis minimum maaş 342 manat olacaq.

 

Vasif

Sfera.az

 

Seçilən
7
4
sfera.az

5Mənbələr