AZ

Aİ COP29-da effektiv iqlim maliyyələşdirmə sisteminin yaradılmasını dəstəkləyir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə mübarizəyəsadiqliyini davam etdirir və qarşıdakı illərdə bu istiqamətdəliderlik nümayiş etdirməkdə qərarlıdır.

Trend xəbər verir ki, bunuAİ-nin iqlim fəaliyyətləri üzrə komissarı Vopke Huksra COP29çərçivəsində bildirib.

"Biz 2030-cu il hədəflərimizə və təbii ki, 2050-ci ilə qədəriqlim neytrallığına nail olmaq üçün Avropa Yaşıl Razılaşmasıçərçivəsində qanunvericiliyi tamamilə qəbul etdik. Biz enerjisəmərəliliyinə və təmiz enerji mənbələrinə, o cümlədən bərpa olunanenerji, hidrogen və elektrik şəbəkələrinə sərmayələri artırırıq ",- deyə V.Huksra qeyd edib.

"Biz, qlobal cəmiyyət olaraq, geriyə addım atmağı özümüzə rəvagörə bilmərik. Biz hamımız BƏƏ konsensusuna əsaslanmalıyıq. Onsuzuğur mümkün deyil", - deyə o əlavə edib.

Komissar, həmçinin, qlobal səviyyədə bərpa olunan enerjimənbələrinin təşviq edilməsində Aİ-nin rolunun əhəmiyyətinə diqqətçəkərək, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen vəCənubi Afrika Prezidenti Siril Ramafosanın G20 sammiti öncəsi irəlisürdüyü Afrikada bərpa olunan enerji istifadəsiningenişləndirilməsi təşəbbüsünü xatırladıb.

"Dinamikanı davam etdirmək üçün Aİ G20 liderlərini və digərmaraqlı tərəfləri yeni qlobal təmiz enerji keçidi forumundabirləşməyə dəvət edəcək. Bu forum hökumətləri, beynəlxalqtəşkilatları və maliyyə qurumlarını birləşdirərək həyata keçirmənigücləndirəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
42
1
az.trend.az

3Mənbələr