AZ

"İnvest.az İnvestisiya Şirkəti"-nin repo əməliyyatları üzrə dövriyyəsi 2,9 dəfə artıb -5 ŞİRKƏT

Bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin repo əməliyyatları üzrə dövriyyələrinin diamikası açıqlanıb.

FED.az şirkətlərin birja dövriyyələri əsasında açıqladığı rəqəmlərə istinadən xəbər  verir ki, repo əməliyyatları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 7,9 dəfə və ya 33,8 milyard manat artıb.

"PSG Kapital İnvestisiya Şirkəti"-nin repo əməliyyatları üzrə dövriyyəsi 4 dəfə və ya 15,7  milyard manat yüksəlib.

Bu dövrdə "Assists Finance İnvestisiya Şirkəti"-nin dövriyyəsində 3,8 dəfə, başqa sözlə 2,8 milyard manat artım qeydə alınıb.

"İnvest-Az İnvestisiya Şirkəti"ndə artım isə 2,9 dəfə, başqa sözlə 529,5 milyon manat olub.

"Xalq Kapital İnvestisiya Şirkəti"ndə  isə 2,2 dəfə, başqa sözlə 45,6 milyon manat artım baş verib.

Repo əməliyyatları üzrə dövriyyəsi ən kəskin azalan şirkət isə 32% və ya 911,3 milyon manat olmaqla "CPM-İnvest İnvestisiya Şirkəti" olub.

Seçilən
8
fed.az

1Mənbələr