AZ

"Minimum əməkhaqqı artırılanda bəzən işçilərin maaşı qalxmır" - İqtisadçı

Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Bu, 2024-cü illə müqayisədə 15,9 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a deyib ki, müşahidə edilən qiymət artımları fonunda minimum əməkhaqqının artırılması vacib idi:



“Dövlət büdcəsində əməkhaqqı xərcləri doqquz milyard manatdır. Minimum əməkhaqqı elə olmalıdır ki, iqtisadiyyat bunu emal edə bilsin. Dövlət şirkətləri və müəssisələri bu məbləği qarşılaya bilər. Amma özəl sektorun imkanları daha aşağıdır. Minimum əməkhaqqı artırılanda bəzən işçilərin maaşı qalxmır. İşçiyə özəl sektor 600 manat verirsə, minimum əməkhaqqı artanda rəsmi hissə artır. Lakin faktiki aldığı məbləğ dəyişmir. Çünki maaş artdıqca işçi daha çox vergi ödəyir. Minimum əməkhaqqı məbləği təyin edilərkən özəl sektorun da o məbləği ödəmə qabiliyyəti nəzərə alınır".

Sevinc,
BakuPost
Seçilən
39
bakupost.az

1Mənbələr