illətlər Liqasının VI turunda Lixtenşteynlə oyun San Marino yığması üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, “cırtdan ölkə” seçməsi tarixinin ilklərinə imza atıb.
D liqasında çıxış edən San Marino millisi səfərdə Lixtenşteyni 3:1 hesablı məğlubiyyətə uğradıb. Bu, “cırtdanlar”ın tarixində ilk səfər qələbəsi olub.
Bundan əlavə, San Marino yığması tarixində ilk dəfə bir oyunda 3 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, qrupunda 1-ci olan San Marino millisi C liqasına yüksəlib.