Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) "Baku Harmoniya" təşəbbüsü vəsu gündəliyi üzrə işi davam etdirmək üçün COP30-u səbirsizlikləgözləyir.
Trend xəbər verir ki, bunuBƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Naziri Amna Əl Dəhaq "COPto COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinənail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.
"Biz indi milli və qlobal səviyyədə ərzaq sistemlərinintransformasiyasını sürətləndirməliyik. Tərəfdaşlıqlarımız,sərmayələrimiz və innovasiyalara sadiqliyimiz bu məqsədə çatmağaimkan verəcək. BƏƏ bu məsələni qlobal səviyyədə gündəmə gətirməyədavam etmək niyyətindədir və biz Azərbaycan sədrliyinin COP29çərçivəsində başladığı "Baku Harmoniya" təşəbbüsünü alqışlayırıq.Bu, bu məsələnin hər bir iqlim konfransının gündəliyində nə qədərvacib olduğunu göstərir və biz COP30-da bu istiqamətdə işi davametdirməyi səbirsizliklə gözləyirik", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.