AZ

Boliviya inkişaf etmiş ölkələri iqlim maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır

Bakı. Trend:

Bu onilliyin kritik hala gəlməsinin əsas səbəblərindən biriinkişaf etmiş ölkələrin kifayət qədər tədbirlər görməməsi vəverdikləri vədləri yerinə yetirməməsidir.

Trend xəbər verir ki, bunuBoliviyanın Davamlı İnkişaf və Xarici Siyasət üzrə Baş direktoruDieqo Paçeko Balanza COP29 sammitində milli bəyanatla çıxışı zamanıbildirib.

O qeyd edib ki, inkişaf etməkdə olan ölkələr üçün iqlimdəyişikliyinin nəticələri fəlakət xarakteri daşıyır, çünki onlarilk növbədə inkişaf etmiş ölkələrin keçmişdəki karbonemissiyalarından əziyyət çəkirlər.

Onun sözlərinə görə, qlobal emissiyaların əsas mənbəyi olanölkələr karbon qazı emissiyalarını azaltmaqla bağlı öhdəlikləriniyerinə yetirmir. Paris Sazişinə əsasən, bu ölkələr emissiyalarınazaldılması üçün əsas məsuliyyəti öz üzərlərinə götürməli idilər,lakin əksinə, 2030-cu ilə qədər emissiyaları artırmağa davamedirlər. Bu, ciddi bir problemdir.

"İnkişaf etmiş ölkələr təkcə emissiyaların azaldılmasısahəsindəki ambisiyalarını artırmayıblar, həm də inkişaf etməkdəolan ölkələrə maliyyə yardımı göstərmək öhdəliklərini yerinəyetirməyiblər. Narahatlıq doğuran məqam odur ki, real dəstəyi təminedən qrantlar əvəzinə, iqlim maliyyələşdirilməsi tez-tez kreditlərformasında təqdim olunur ki, bu da inkişaf etməkdə olan ölkələrdəmakroiqtisadi sabitliyi daha da pozur", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr