AZ

İran XİN: İrail rejiminin yeni təcavüzü cavaba layiqdir

"Müharibəyə hazırlaşmaq onun qarşısını alır. Biz gücümüzü ortaya qoymalı, müharibəyə və müdafiəyə hazır olduğumuzu bəyan etməliyik."

"Operativ Media" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı ilə görüşdə deyib.

Abbas Əraqçı bildirib ki, İsrail rejiminin yeni təcavüzü cavaba layiqdir:

"Biz bəyan etmişik ki, İsrail rejiminin İran İslam Respublikasına qarşı son əməliyyatı növbəti təcavüzdür. "Doğru vəd" əməliyyatları və "Doğru vəd 2" əməliyyatları müdafiə xarakteri daşıyırdı. İsrail rejiminin yeni təcavüzü cavaba layiqdir. Biz öz hüququmuzdan imtina etməmişik. Biz bunun üçün vaxt seçəcəyik və lazım bildiyimiz kimi cavab verəcəyik", - diplomat əlavə edib.

Seçilən
17
operativmedia.az

1Mənbələr