AZ

Fransa müstəmləkəçiliyinin NÖVBƏTİ QURBANI – Martinik xalqına necə DİVAN TUTULUR?

Xeyli vaxtdır Karib dənizindəki Martinik adasında etirazlar səngimir. Buna səbəb həddindən artıq inflyasiya və bahalaşma, əhalinin yaşayışının ağırlaşması, eləcə də insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.

Fransanın müdaxiləsi ilə...

Fransa hökuməti burada vəziyyəti "nizamlamaq" üçün bir müddət əvvəl adaya xüsusi təyinatlı polis dəstələri göndərib. Etirazçılarla dialoqa getmək əvəzinə zor tətbiqinin üstün tutulması isə vəziyyəti daha da gərginləşdirib.

Bu yaxınlarda Martinikdə yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petitonun həbsindən sonra iğtişaşların baş verməsi də bir daha bunu təsdiq edir. Hazırda onun mühakimə edilməsi gözlənilir.

Rodriqe Petitonun həbsinin səbəblərinə gəlincə, Martinikdə səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşmək istədiyi zaman o, polis rəisi ilə mübahisə edib. Buna görə həbs olunan Petito etirazlardan sonra ev dustaqlığına buraxılıb.

Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petitonun həbsi Fransanın bu xalqlara qarşı neokolonialist yanaşmasını növbəti dəfə təsdiqləyir. Aydın olur ki, Petitonun ev dustaqlığına məhkum edilməsi yalnız bir nəfərin deyil, Fransanın əsarətində saxlamağa çalışdığı xalqların azadlıq haqqının pozulmasıdır.

Fransa neokolonializmi davam edir

Mövzu ilə bağlı Bizim.Media -ya danışan millət vəkili Arzuxan Əlizadə bildirib ki, müstəmləkəçilik siyasətinin Fransanın prioritetlərindən biri olduğu tarixdən məlumdur:

“Özündən minlərlə kilometr uzaq məsafədə olan Afrika ölkələrini 3 əsrdən artıq əsarətində saxlayan, o xalqları müstəmləkəçiliklə basqı altında tutan Fransa yenə də bu siyasətini davam etdirmək niyyətindədir. Baxmayaraq ki, artıq bu ölkələrdə müstəqillik uğrunda mübarizə genişlənib. Bu yöndə müstəqillik hərəkatları var və onlar ölkələrində beynəlxalq hüquq normalarını bərqərar etmək istəyirlər. BMT-nin 14 və 15 saylı qətnamələrinin həyata keçiririlməsini və bununla da beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb edirlər.

Amma Fransa nəinki bu qətnamələrə əməl edir, hətta müstəqilliyini əldə edən ölkələrdə də neokolonial siyasət yürütməyə davam edir. Bütün bunlara baxmayaraq, dünya dəyişməkdədir və bu, siyasət də gec-tez süquta uğrayacaq. Çünki bu xalqlar öz müstəqillikləri uğrunda ciddi mübarizəyə başlayıblar”.

Millət vəkili bildirib ki, bu müqavimət hərəkatının formalaşmasında Bakı Təşəbbüs Qrupunun da dəstəyini diqqətdən qaçırmaq olmaz:

“Azərbaycan özü də uzun illər belə amillərdən əziyyət çəkib və bu əngəlləri aradan qaldırmaqla bu gün müstəqilliyini əldə edib. Ərazi bütövlüyünü, suverenliyini bərpa edərək regionun əsas dövlətlərindən birinə çevrilib, bununla da dünya siyasətinə təsir imkanları genişlənib. Bu baxımdan Azərbaycan tərəfindən Fransa müstəmləkələrinin müqavimət hərəkatına bu və ya digər formada dəstək verilir.

Bakı Təşəbbüs Qrupu bu sahədə mühüm platformalardan biridir. O xalqların nümayəndələri ölkəmizə gəlməklə, buradakı tədbirlərə qoşulmaqla müqavimət hərəkatlarının bir qədər də koordinasiya olunmasına və daha da genişlənərək Fransanın müstəmləkəçiliyindən qurtulmaq, əsarətdən xilas omaq, müstəqil dövlətlərinin inkişafına nail olmaq, milli sərvətlərindən öz xalqlarının naminə istifadə etmək üçün toparlanmaq imkanları əldə etməkdədirlər”.

A.Əlizadə qeyd edib ki, bu xalqların azadlıq hərəkatı gec-tez öz bəhrəsini verəcək:

“Fransanın yürütdüyü müstəmləkəçilik, neokolonializm siyasəti süquta uğrayacaq. Bu məsələdə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev də dəfələrlə öz dəstəyini ifadə edib. Bundan sonrakı dönəmlərdə də Azərbaycanın dəstəyinin ifadə olunacağını bildirib”.

Millət vəkili onu da bildirib ki, Fransa müstəmləkəçilik siyasəti yürütməklə yanaşı, eyni zamanda digər regionlara da bu yöndə təsir etməyə çalışır:

"Qafqazda ermənilərdən istifadə etməklə hansı formada öz mövcudluğunu bərqərar etmək və burada da həmin hüquqazidd siyasətini davam etdirmək niyyəti güdür. Biz 30 ilə yaxın müddətdə  Fransanın anti-Azərbaycan, islamafob, anti-türk siyasətini görmüşük. Bundan müəyyən qədər əziyyət də çəkmişik.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərlərindən biri olaraq ədalətsiz mövqe sərgiləyib. Vasitəçilik missiyasını əslində bir tərəfə yönləndirməklə Azərbaycana və eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə qarşı siyasət yürüdüb.

Bu gün də Fransanın haqsızın yanında olması və öz maraqları naminə beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atması, qeyd etdiyim kimi, min kilometrlərlə uzaqda olan dövlətləri nəzarət altında saxlaması, o xalqlara qarşı müstəmləkə siyasəti yürütməsi, əsarətdə saxlamaq cəhdlərri davam edir ki, bu da heç cür qəbul edilə bilməz. Həmin xalqlar bu məsələdə beynəlxalq dəstəyi əldə etməklə mütləq öz müstəqilliklərinə qovuşacaqlar”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr