AZ

"İsveçə qalib gəlməyimiz real görünmür, təəssüf ki, vəziyyət belədir"

Azərbaycan milli komandasının veteran futbolçusu Aleksandr Çertoqanov Sportal.az saytına açıqlama verib.

Yığma komandamızda 54 oyun keçirmiş Çertoqanov A millimizin hazırkı durumuna münasibət bildirib:

"Azərbaycan millisinin evdə Estoniyaya qalib gəlmədiyini gördüm. Yəqin hələ ki, səviyyə belədir. Ola bilər ki, Azərbaycan millisi indi potensiallıdır. Amma görünən odur ki, hələ nəticə yoxdur. Fernandu Santuşun millimizin düzgün yolda olduğunu deməsi? Hələ ki, heç nə görünmür. Təbii ki, qələbələrin, nəticələrin olmasını çox istəyərdik. Amma ortada heç nə yoxdur. Bu gün də İsveçə qarşı matç var. Məncə, İsveçə qalib gəlməyimiz real görünmür. D divizionuna düşə bilərik. Təəssüf ki, hazırkı vəziyyət belədir. Ümid edək ki, yaxşı nəticələr olar".

Qeyd edək ki, İsveç - Azərbaycan görüşü bu gün keçiriləcək və matça 23:45-də start veriləcək.

saytlarin hazirlanmasi

Seçilən
13
sportal.az

1Mənbələr