AZ

Gələn ilin büdcəsində sosialyönümlü xərclər 16,9 milyard manat olacaq

Növbəti ilin büdcəsində sosialyönümlü xərclərimiz 16,9 milyard manat müəyyən edilib ki, bu da cari ildən yuvarlaq olaraq 1,4 milyard manat, təqribən 9 faiz artıqdır.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin noyabrın 19-da keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2023-cü il büdcəsi ilə müqayisə etdikdə, bu göstərici 2,6 milyard manat və ya 18 faiz daha artıqdır. Sosialyönümlü xərclər büdcənin 41 faizini əhatə edir və sosialyönümlü xərclərə əməyin ödənişi məsələləri də daxildir.

“Dövlət büdcəsində sosialyönümlü xərclərimizdə əməyin ödənişini istisna etsək, yenə də cari illə müqayisədə təqribən 600 milyon manat artır və 2025-ci il büdcəsində 7,2 milyard manata bərabər olur”, - deyə nazir əlavə edib.

Bizim.Media

Seçilən
4
3
bizim.media

4Mənbələr