AZ

Dünyada qəhvə ixracı 12 faizə yaxın artıb- HESABAT

2023-2024-cü marketinq mövsümündə dünyada qəhvə ixracı 11,7 faiz artaraq 137,27 milyon kisəyə (hər kisə 60 kiloqramdır) çatıb.

Bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) hesabatına deyilir.

Məlumata görə, yaşıl (qovurulmamış) qəhvənin tədarükü də 11,8 faiz artaraq 123,75 kisə təşkil edib.

Mövsüm ərzində makroregionlar arasında tədarükü 30,7 faiz artaraq 66,13 milyon kisəyə çatan Cənubi Amerika ən böyük qəhvə ixracatçısı kimi mövqeyini qoruyub. Braziliya 49,03 milyon kisə qəhvə ixrac edərək rekorda imza atıb. Afrikada isə tədarük 17,3 faiz artırılaraq 16,02 milyon kisəyə çatdırılıb.

Eyni zamanda, Asiya və Okeaniya regionu ölkələrində qəhvə tədarükündə 6,7 faiz azalma qeydə alınıb(azərtac).

Seçilən
11
1
azpost.info

2Mənbələr