AZ

Burkina Faso 2030-cu ilə qədər istixana qazı emissiyalarını 29,42 faiz azaltmağı planlaşdırır - Nazir

Bakı. Trend:

Burkina Faso 2030-cu ilə qədər istixana qazı emissiyalarını29,42 faiz azaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bunuBurkina Fasonun ətraf mühit, su ehtiyatları və sanitariya naziriRocer Baro COP29 sammitində milli bəyanatla çıxışı zamanıbildirib.

Nazir qeyd edib ki, iqlim şərtləri və təhlükəsizlik təhdidləriilə bağlı çətinliklərə baxmayaraq, Burkina Faso dayanıqlılığınıqoruyur və emissiyaların azaldılması ilə bağlı hədəflərə çatmaqüçün iddialı səylər göstərir. Bu planın ümumi dəyəri 4,1 milyardABŞ dolları olaraq qiymətləndirilir.

"Həmçinin 2024-2028-ci illər üzrə Milli Uyğunlaşma Planınıhəyata keçirmək vacibdir. Bu plan yerli icmaların və ekosistemlərindayanıqlığını gücləndirəcək. Planın dəyəri 5 milyon ABŞdollarıdır", - deyə nazir əlavə edib.

R. Baro bildirib ki, Burkina Fasoda iqlim dəyişikliyi iləmübarizə üçün milli monitorinq, hesabatlılıq və təsdiqləməsisteminin yaradılması, habelə 2050-ci ilə qədər uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasının qəbul edilməsi də daxil olmaqlabir sıra mühüm qanunvericilik və institusional addımlar atılıb.

"Burkina Faso iqlim problemlərinin həllinə yönəlmiş beynəlxalqtəşəbbüsləri, məsələn, Səhraaltı regionda iqlim təhlükəsizliyi üzrəBamako Bəyannaməsi və miqrasiya, ətraf mühit və iqlimdəyişiklikləri ilə bağlı Kamapala Nazirlər Bəyannaməsini fəalşəkildə dəstəkləyir", - deyə o vurğulayıb.

Nazir həmçinin beynəlxalq ictimaiyyəti maliyyələşdirmə,texnologiyaların transferi və iqlim dəyişikliyi ilə mübarizə üçünpotensialın artırılmasını özündə ehtiva edən aktiv tədbirlərgörməyə çağırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

2Mənbələr