ABŞ dolları Trampın tarifləri sayəsində daha da möhkəmlənə bilər.

İndex.az xəbər verir ki, “Goldman Sachs”ın valyuta strateqləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yüksək gömrük rüsumları tətbiq etmək planlarının təsiri ilə dolların yeni möhkəmlənmə dövrünə qədəm qoyduğu qənaətindədir.

Bu proqnoz, dolların getdikcə dəyər itirəcəyini düşünən bir çox bankın proqnozlarına zərbə vurdu.

Kamakşya Trivedinin başçılıq etdiyi “Goldman” strateqləri sentyabrın sonundan etibarən dünyanın ehtiyat valyutasının bahalaşdığını bildiriblər.