Bakı. Trend:
Bugünkü iqlim təsirlərinin və istiləşmənin üçdə biriatmosferdəki metandan qaynaqlanır.
Trend xəbər verir ki, bubarədə Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusinümayəndəsinin müavini Rik Dyuk İqlim fəaliyyəti üçün üzvitullantılardan metanın azaldılması üzrə yüksək səviyyəli tədbir”dəçıxışı zamanı deyib.
O qeyd edib ki, COP29-da metanla mübarizənin əsas aspektinimüzakirə etmək ümidvericidir.
“Mən üzvi tullantılardan metan emissiyalarının azaldılması iləbağlı bu bəyannaməni irəli sürdüyü üçün COP 29 Prezidentliyinətəşəkkür etmək istəyirəm. Bu bəyannaməyə görə, COP tullantısektorunda metanla mübarizə aparmaq üçün bir presedent yaradıb.
Milli siyasətlər haqqında qeyd edək bilərəm ki, bu ilinəvvəlində Amerika Birləşmiş Ştatlar üzvi maddələrin təkrar emalıyolu ilə qida itkisini və tullantılarını azaltmaq üçün ilk millistrategiyamızı işə saldı.
Biz həmçinin, tullantı infrastrukturu qrantları üçün 100 milyondollardan çox yeni maliyyə vəsaitinin ayrıldığını elan etdik.Maliyyə məsələsində, əlbəttə ki, tullantı sektorunda iqlimlə bağlıfəaliyyət üçün daha çox maliyyəyə ehtiyacımız var”,- deyə obildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.