Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko 2025-ci ilin birinci rübündə Ermənistana səfər etmək niyyətindədir.
Editor.az bildirir ki, bu barədə Palatanın sədr müavini, Ermənistan-Rusiya Parlamentlərarası Komissiyasının həmsədri Yuri Vorobyov bildirib.
Federasiya Şurası sədrinin İrəvana səfərinin dəqiq tarixi hələ müəyyən edilməyib – onun gələn ilin birinci və ya ikinci rübünün əvvəlində baş tutacağı gözlənilir, Vorobyev qeyd edib.
//Samir Qurbanov, Editor.az