AZ

"Üç qonşunu düşmən" edən Lori, Cavaxetiya, Dağ Borçalı..." - MÜSAHİBƏ

Noyabrın əvvəlinddə Gürcüstan və Ermənistan arasında bir gənginlik yaşandığının hamımız şahidi olduq. Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana məxsus olan Lori marzının profil səhifəsində “tarixi Gürcüstanı” təmsil edən turizm şirkətinin fikirlərini bölüşür .

Lori bölgəsinə səfərlər təşkil edən “Adjara voyage” turizm şirkəti bununla bağlı elanında belə qeyd edib:
“Daha bir kədərli , lakin məcburi tur ... Tarixi Gürcüstan. Təəssüf ki, Loridə qalan unikal mədəniyyət . Əbədi, əsrarəngiz və böyük Gürcüstanı xatırlayaq və tərənnüm edək ”.
Nəşrdə Ermənistanın Axtala, Kobair, Sanahin , Haqpat, Odzunun kilsələri və digər mədəniyyət abidələri “tarixi Gürcüstan” kimi təqdim olunurdu . Bu təbii ki, erməniləri qəzəbləndirdi.

 

 

Müxtəlif siyasi partiya və ictimai xadimlər gürcü prezidentindən erməni xalqından üzr istəməyi tələb etdilər. Tələbləri havada qalan  ermənilər hələ də qəzəbidirlər. İki qonşu xalq arasında gərginlik azalmayıb. Əksinə hələ də  sosial şəbəkələrdə bir-birinə qarşı ittihamlar səsəndirirlər. Hər iki xalq Lori villayətinin onların “qədim əraazisi” oldugunu iddia etməkdədirlər. . Maraqlıdır, Lori hansı xalqa məxsudur?

Həqiqətin özünü tapmaq üçün araşdırmaya ehtiyac olan bu tip mövzuları hər zaman oduğu kimi bu dəfə də siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə ünvanladıq.

-Zaur müəllim, Lori kimindir?

-Suaılınıza dəqiq cavab almaq istəyirsinizsə,öncə sualı başqa cür qoyaq: Qafqazın qədim xalqı kimlərdir ?

- Hə, doğru deyirsiniz, Qafqazda ən qədim xalqlar kimlər olub?

- Qafqazda arxeoloji qazıntılar aparanlar, palentoloqlar, gen mühəndisləri və ciddi alimlər öz tədqiqatlarının nəticəsi olaraq yazırlar ki, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi (Oğuz) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür. Yəni erməni, gürcülərdən öncə bu coğrafiyada Oğuz və Qıpçaq genetik kodlarına malik şəxslər yaşayıblar. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan və Gürcüstan ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin və gürcülərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur.

 -Belə çıxır ki, indi Lori üstündə dava salan bu iki xalqın heç biri əslən qafqazlı deyil…

- Konkret olaraq ciddi və səhih mənbələr, qaynaqlar, əlyazmalar, arxeoloji qazıntılar, genetik tədqiqatlar təsdiq edir: İndiki Ermənistan və Gürcüstan ərazilərində Hind-Avropa dil ailəsinə daxil olan xalqların mövcudluğunu göstərmir. Ümumiyyətlə, tarixdə hər hansı bir xalqın etnik kimliyini, coğrafiyasını və dil tərkibini müəyyən etmək üçün əfsanələr üzərindən mülahizələr aparmaq doğru deyil. Real sənədlər və faktlar düz deyir, kimlərinsə mülahizələri deyil.

-Zatən, gürcülərin də, ermənilərində Qafqaz xalqı olmadığını öz alim və tarixçiləri dəfələrlə qeyd edibllər.

- Bəli, məşhur şərqşunas Rudolf Virxov və digər antropoloqlar Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdiriblər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri arasında nə gürcü, nə də özünü erməni adlandıran haylar olmayıb. Gürcü alimi Mixeil Cavaxişvili “Gürcü xalqının tarixi” adlı kitabında R.Virxovun fikrini təsdiq edərək yazır: "İndiki ermənilərin və gürcülərin əcdadları Qafqaza gələndə burada başqa bir xalqın sələfləri yaşayırdılar". Bir özlə, həm ermənilər, həm gürcülər Qafqazda köklü xalq deyillər. Onların iddia etdikləri tarix isə bu coğrafiyanın sahibi olan Oğuzlardan oğurlanıb. Dəyişdirilib. 2017-ci ildə Gürcü arxeoloqları David Gareci monastırında tədqiqat aparan zaman 8 qədim yunan dilində, 21 şərq dilində (ərəb, fars) 20-dən çox isə qədim bir xalqın əlifbasında olan əlyazmalar tapırlar:
Bunlar orijinal alban əlifbasında qeyd edilən hərflərlə yazılıb. Gürcülər bu əlyazmaları bizə qaytarmaq istəmirlər. Bu əlyazmalar Azərbaycanın regionda ən qədim dövlət olmasını, albanların azərbaycanlılar olmasını sübut edir. Bu iki qonşu xalq isə tarix boyu bizə qarşı olublar.

- İndi keçək Loriyə...

- Əslində ora heç Lori də deyil... Vaxtı ilə o ərazilər “Dağ Borçalı” adlanıb. Qədim Borçalı vilayətinin yüksək dağlıq zonasıdır. Borçalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsi bu gün Loru (Lori) adlanır. Rusiya tərəfindən işğal edildikdən sonra 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı distansiyası yaradılır. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona “Dağ Borçalısı” da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlı və Səfəvi hücumlarına məruz qaldığı yazılır. 1590-cı və 1727-ci ilə aid türkcə mənbələrdə Borçalı bölgəsinin Loru nahiyəsində Çəkrəşən (Çəkrəşin) və Otarşen kənd adları çəkilir. 1802-ci ildə tərtib olunmuş Loru/Lori qəzasının türk kəndlərinin siyahısından o dövrdə Borçalıdan başqa Qazax mahalında da Faxralı, Qızılhacılı, Kolagir/Kolayır, Pəmbəkdə Qaçağan, Saral, Hamamlı, Şəmşəddildə Qullar, Quşçu, Qırıxlı kəndlərinin olduğu aydınlaşır. Loru mahalının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də burada qədim Loru türk qalasının mövcud olmasıdır. Lakin bu qala 1236-cı ildə monqollar tərəfindən dağıdılmış, XIV-XV yüzillərdə təzədən bərpa olunmuş, XV-XVIII yüzillərdə Səfəvi və Osmanlı qoşunlarının dağıdıcı hücumlarına məruz qalıb.
Loru mahalı ilə birlikdə bütün Borçalı eli XVIII yüzilin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində olmuşdur. Lakin bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirin şah elan olunması əleyhinə çıxır, Nadir də şah seçiləndən sonra Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb, Kartli-Kaxeti çarlığının tabeliyinə verir.


-Hə, burada da özümüzün özümüzə düşmənçiliyimiz, başımızı kəsib... Əlbəttə ki, elə bu səbəb gürcülərə “o ərazi qədim Gürcüstanındır” deməsinə haqq verib.

-1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalandı. 1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında buranın Ermənistana verilməsi haqqında razılıq əldə edilir. Dağ Borçalı Ermənistan SSR-ə verildi, Aran Borçalı isə Gürcüstanda qaldı. İndi Ermənistan deyilən ərazidə olan “Lori”ni 1921-ci ilə qədər gürcülər “Çavaxetiya”, Gürcüstanda yaşayan azərbaycanlılar isə “Dağ Borçalısı” adlandırıb.

- Zaur müəllim, Gürcüstanla Ermənistanın böllüşə bilmədiyi daha hansı ərazilərimiz var?

-Əvvəl onu deyim ki, Dağ Borçalının bir yanı Gürcüstanın Dmanisi və Axalkələk, bir yanı Ermənistanın keçmiş Calaloğlu (Stepanavan) yaşayış məntəqələri ilə sərhədlənən və son hüdudları Türkiyə torpaqlarına dayanan otlaqlarla zəngin böyük dağ silsilələri və ətəkləridir. Həm də Azərbaycanın Qazax mahalının, Gürcüstanın Qaraçöp, Qarayazı, Borçalı əhalisinin qədim yaylaqları olmuşdur. Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycanla sərhəd xətti ilə hüdudlanır. Ermənilər Loruya – Borçalının güney yarısına sahib durdular. Saxta beynəlmiləlçilik xofu altında Zəngəzuru Ermənistana verdikləri kimi, Borçalını da paralayıb yarısını Ermənistana qatdılar, hələ 1763-də yunanların yardımıyla Gürcüstan valisi II İraklinin təməlini qoyduğu Gümüşxana, Allahverdi, ayrıca da Şamlıq, Ağtala, Tambulat qızıl-gümüş yataqları Ermənistana qaldı.

- İtirdiklərimizin ağırlığı, dərdimizin böyüklüyü təəssüf hissi oyadır...


- Sovet dövründə Dağ Borçalı - Kalinin, Calaloğlu - Stepanovan, Alaverdi - Tumanyan, Barana isə Noyanberyan adlandırılıb. Dağ Borçalıda 1937-ci ildə Kalinino adlı rayon da yaradılıb. İndi ermənilər həmin rayonu Taşir adlandırıblar. Taşir Dağ Borçalıda mənbələrdə V əsrdən çəkilən türk mənşəli mahal adıdır. Ermənilər bu toponimin türkmənşəli olduğunu bilmədikləri üçün onu dəyişməyiblər. Mənbədə qeyd olunan Taşir mahal adı V əsrdən məlumdur. Bu ad türk dillərində “Daş yeri” (Qayalıq yer) mənasındadır və tədqiqatçılara görə sonrakı Lori nahiyəsinin qədim adıdır. Gürcüstandan alınmış həmin rayonlarda yaşayan azərbaycanlıların yaşayış məntəqələrinin adları XX əsrin 30-cu illərindən etibarən dəyişdirilərək ermənicə qondarma adlarla əvəz edilibdir.


- Təəssüf ki, bu gündən belə heç nəyi geri qaytarmaq mümkün deyill. Elə Dağ Borçalını da...

- Sovetlər Birliyi dövründə aparılmış mərhələli etnik təmizləmədən sonra azərbaycanlı faktorunun tam aradan qalxması ilə əlaqədar olaraq Dağ Borçalı bir toponim olaraq yaddaşlardan silinmişdir. Hazırda Borçalı dedikdə, hafizələrdə daha çox Aran Borçalı canlanır.


- Ümid ona qalır ki, bu iki gəmə xalqın arasına beləcə gərginik salıb onların iç üzlərini ortya qoyasan! Biz 2018-ci ildə Keşikçidağ məbədinə yiyələnmək istəyən gürcüəri də unutmadıq. Müsahibəyə görə isə izə ərin təşəkkürümü bildirirəm. Çox sağ olun Zaur müəllim!

 Söhbətləşdi Əntiqə Rəşid

Seçilən
28
adalet.az

1Mənbələr