Rusiya qoşunları Donetsk vilayətinin Çasov Yar şəhərinin mərkəzinə daxil olub.
“AzPolitika” xəbər verir ki, bu barədə “BILD” nəşrinin eksperti Julian Röpke məlumat paylaşıb.
Xəbərdə qeyd olunur ki, bu şəhər uğrunda altı aydan çoxdur ki, şiddətli döyüşlər davam etdirilir. Çasov Yar təpədə yerləşir və şərqdən Severski Donets-Donbass su kanalı ilə qorunur. Rus qoşunları uzun müddət onu keçə bilmirdilər.
Ancaq indi buna nail olublar və küçə döyüşlərinin görüntülərindən məlum olur ki, Rusiya Silahlı Qüvvələri şəhərin mərkəzindəki “Avanqard” stadionuna yaxınlaşıblar.
“AzPolitika.info”