Tbilisinin mərkəzində azı on etirazçı saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, həbslər, polisin nümayişçiləri Çavçavadze prospektindən uzaqlaşdırıb çadır şəhərciyi sökməsindən sonra başlayıb.
Ən azı iki nəfər ağır yaralanıb. Müxalifətdəki Axali partiyası siyasi şuranın üzvü Nika Kvitatianinin xəstəxanaya köçürüldüyünü bildirib.
Bundan sonra müxalifət liderləri Tbilisidə “səyyar aksiya” elan ediblər.