AZ

Putin təsdiqlədi - "Rusiya və bu ölkəyə təcavüz olarsa..."

Rusiya Prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sənədin bir sıra məqamları açıqlanıb.

Nüvə doktrinasının əsas müddəaları bunlardır:

Nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzü birgə hücum kimi qiymətləndiriləcək;

Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması və qətiyyəti nüvə silahlarının qarşısının alınmasını təmin edəcək;

Rusiya özü və Belarusun suverenliyi və ərazi bütövlüyünə kritik təhlükə yaranarsa, nüvə silahından istifadə edə bilər;

Nüvə silahından istifadə şərtlərinə Rusiyaya qarşı ballistik raketlərin tətbiqi daxildir;

Rusiyaya qarşı təcavüz üçün ərazi və resursların verilməsi belə bir dövlətin nüvə silahlarının qarşısının alınmasının əsasını təşkil edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
29
teleqraf.com

1Mənbələr