AZ

ABŞ iqlim təsirlərinə dayanıqlığın artırılması üçün milyardlarla dollar sərmayə qoyub - Brenda Mellori

Bakı. Trend:

ABŞ iqlim təsirlərinə dayanıqlığın artırılması üçün milyardlarladollar sərmayə qoyub.

Trend xəbər verir ki, bunuABŞ-nin Ətraf Mühitin Keyfiyyəti üzrə Ağ Ev Şurasının sədri BrendaMellori COP29 çərçivəsində keçirilən mətbuat konfransındabildirib.

"Prezident Bayden vəzifəyə başladığı ilk günlərdən etibarən2030-cu ilə qədər torpaq və su ehtiyatlarının ən azı 30 faizininqorunmasını əsas məqsəd kimi müəyyənləşdirib. Mən qürurla deyəbilərəm ki, hazırda 45 milyon akrdan çox ərazi, o cümlədənMinnesota sərhəd suları, Alyaskadakı Bristol körfəzi və FloridadakıEverqleyz kimi ölkənin ən qiymətli yerləri qorunur.

"Amerikaya İnvestisiyalar" proqramı çərçivəsində biz, həmçinin,quraqlıqlara, daşqınlara və digər iqlim təsirlərinə qarşıicmalarımızı daha dayanıqlı etmək üçün, o cümlədən təbii həllərvasitəsilə on milyardlarla dollar sərmayə qoymuşuq", - deyə obildirib.

B.Mellori xatırladıb ki, keçən il Dubayda keçirilən COPkonfransında ABŞ 45 ölkə və Avropa İttifaqı ilə birgə qlobal şirinsu proqramına qoşulub və dünya üzrə çayların və su-bataqlıqərazilərinin qorunması və bərpası istiqamətində əməkdaşlıqedir.

O vaxtdan bəri ABŞ 2030-cu ilə qədər 8 milyon akr su-bataqlıqərazisini və 100 min mil çay və dərələri qorumaq, bərpa etmək vəbirləşdirmək məqsədini qarşısına qoyub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
2
az.trend.az

3Mənbələr