AZ

COP29 Azərbaycanın gücünü bir daha dünya dövlətlərinə göstərir- ÖZƏL

"Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və bu proses uğurla davam edir". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Azərbaycan ardıcıl dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Dövlətimiz Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir. COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir. Buna uyğun olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda dövlət siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. "Yaşıl enerji" əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Bu faktorlar COP-un məqsəd və məramını ifadə edir. Bu tədbirə Azərbaycanın evsahibliyi isə olduqca böyük əhəmiyyət kəsb edir, gücümüzü bir daha dünya dövlətlərinə göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr