“Bakıya tez-tez gəlirəm. Bakıda belə bir tədbirin uğurla keçirilməsi məni qürurlandırır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Türkiyənin məşhur aktyoru, "Sungurlar", "Kurtlar Vadisi" seriallarından məşhur olan Ertuğrul Şakar deyib.
O, bundan sonra COP tədbirinin bu cür yüksək səviyyədə təşkil olunacağına şübhə etdiyini bildirib:
"Dünyanın bir çox ölkəsindən qonaqlar var və onlar bu konfransın ən yaxşı təşkilatçısının Azərbaycan olduğunu deyirlər. Mən, eyni zamanda, Türkiyədə "Ətraf mühitin mühafizəsi" fondunda çalışıram. Burada Leyla Əliyevanın sədrliyi ilə gənclərdən ibarət IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi var. İqlimlə bağlı işlər bizim gələcəyimizlə bağlıdır. Bura gələndə çox xoşbəxt oluram, sadəcə, həyat yoldaşım və övladım xaric hər şeyim burdadır".
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta