AZ

Dünyada 160 milyondan çox uşaq məktəb əvəzinə işə gedir

Dünyada təxminən 160 milyon uşaq kənd təsərrüfatı torpaqlarında, mədənlərdə və ya sənaye müəssisələrində az pul müqabilində ağır şəraitdə işləməyə məhrum edilib.

Bakıvaxtı.az "BBC"yəistinadən xəbər verir ki, uşaq əməyinin istismasına görə əsas yerləri Afrika, Çin, Hindistan və Amerika tutur. 

Bu uşaqlardan 89,3 milyonu 5-11 yaşarası uşaqlara, 35,6 milyonu isə 12-14 yaş qrupuna daxildir. 

Mütəxəssislərə görə, uşaq əməyi uşaqların məktəbə getməsinə mane olur. Uşaq əməyinin istismarı uşaqların təhlükəsizliyinin böyüklərdən çox daha pis olmasına şərait yaradır.

Hüquqi infrastrukturun zəif olduğu və "boz zona" adlandırılan ölkələrdə uşaq əməyindən istismara daha çox üstünlük verilir. Bu ölkələrdə uşaq hüquqları kifayət qədər inkişaf etməyib. Uşaqlar yeraltı emalatxanalarda və ya işçilərin hüquqlarından məhrum olan nəzarət olunmayan ərazilərdə işləyirlər. Belə ki, dünyanın 150-dən çox ölkəsində 5400-dən çox xüsusi iqtisadi zona var və bu zonaların əksəriyyəti uşaq əməyinin intensiv olduğu ərazilər sırasındadır.

Gülşən Şərif

Seçilən
14
bakivaxti.az

1Mənbələr