AZ

Abxaziyanın “Prezidenti” və “Baş naziri” istefa verib

Aslan Bjaniya qərarı "ölkədə”ki sabitliklə əlaqələndirib

Gürcüstanda separatçı Abxaziyanın "Prezidenti" Aslan Bjaniya və "Baş naziri” Aleksandr Ankvabın davam edən etirazlar fonunda istefa verdiyi bildirilir.

Bu barədə "Prezidentin mətbuat xidməti” məlumat yayıb.

Bjaniya bu qərarı "ölkədə” sabitliyi və "konstusion nizam”ın qorunub saxlanılması məqsədilə qəbul etdiyini deyib.

Bjanianın vəzifəsini "vitse-prezident” Badra Qunba icra edəcək.

Bjaniyanı müxalifət Rusiya ilə "investisiya razılaşması”na görə istefa verməyə məcbur edib.

Noyabrın 15-də Moskvanın dəstəklədiyi bölgənin paytaxtı Suxumidə etirazçılar yerli parlament və prezident administrasiyasına basqın ediblər.

İzdiham Moskva ilə qalmaqallı sərmayə sazişinin ləğvinə çalışıb.

Saziş bölgədə inşaat layihələrinə sərmayə yatırmaq hüququnun Rusiya şirkətlərinə verilməsini nəzərdə tutur.

Abxaziya Gürcüstandan nə vaxt ayrılıb?

Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində Gürcüstandan ayrıldığını elan edib.

Bu, Sovet İttifaqının dağıldığı ərəfəyə təsadüf edib.

Gürcüstan separatçı rejimləri tanımadığını bəyan etsə də, Rusiya 2008-ci ildə beşgünlük müharibədən sonra iki separatçı bölgənin müstəqilliyini tanıyıb.

Dünyanın əksər ölkələri Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır.

Hazırda Abxaziyanın iqtisadiyyatı Moskvadan asılıdır.

Burada "dövlət rəsmiləri”nin maaşları, sakinlərin sosial ödənişləri Rusiya tərəfindən ödənilir.

Aslan Bjaniyanın istefasına gəlincə, bu, Abxaziyada ilk hadisə deyil.

2014-cü idə bölgənin şərqində yaşayan gürcülərə Abxaziya "pasport”ları verən "Prezident” Aleksandr Ankvab etirazlar fonunda istefa vermişdi.

2020-ci ildə separatçıların Ali Məhkəməsi 2019-cu il prezident seçkilərinin nəticələrini ləğv edəndən sonra ovaxtkı "Prezident” Raul Xacimba da vəzifəsini tərk edib.
Seçilən
27
13
arqument.az

10Mənbələr