AZ

Şuşaya həsr olunan elektron məlumat bazasının təqdimatı keçirildi

Noyabrın 19-da Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Kitabxanadan Bizim.Media-ya bildirilib ki, tədbirdə bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edən, əvvəlki simasını özünə qaytaran 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülmüş Şuşanın tək bizim üçün deyil, bütün İslam aləmi üçün nə qədər böyük əhəmiyyətə malik olduğu qeyd edilib.

Mühüm tarixi-mədəni əhəmiyyəti və xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərində bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə genişmiqyaslı layihələrin həyata keçirildiyi, bu qədim şəhərdə keçmiş ənənələrin bərpa edilərək həyatın yenidən dirçəlməyə başladığı qeyd olunub.

Bir çox bölmədən ibarət elektron məlumat bazasında təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
//anl.az/el/emb/IDMP-SHUSA_en/index.html

Bizim.Media

Seçilən
13
4
bizim.media

5Mənbələr