AZ

Fahrettin Altun: Beynəlxalq sistem bu günün mürəkkəb çətinliklərinin öhdəsindən gəlməkdə yetərsizdir

Hazırda dünya ciddi bir böhranlar girdabındadır. Dünyanın bir çox yerində aclıq, quraqlıq, vətəndaş müharibəsi və soyqırımları kimi təhdidlər davam edir. Mövcud nizama qarşı çıxma potensialına malik texnologiya, süni intellekt və kriptovalyutalar kimi yeni fenomenlər üzərində nəzarət qurmaq mübarizəsi getdikcə daha da şiddətlənir. Sabit bir dünya vəd edən beynəlxalq sistem bu günün mürəkkəb çətinliklərinin öhdəsindən gəlməkdə yetərsiz qalır. Münaqişə və müharibələrin minimuma endirilməsi, qlobal fəlakətlərin qarşısının alınması, hər növ böhran qarşısında həmrəylik, iqtisadi və sosial ədalətsizliklərin aradan qaldırılması kimi prinsipləri əhatə edən qlobal sistem, təəssüf ki, bu hədəflərdən həmişəkindən daha çox uzaqlaşmış vəziyyətdədir. Yalnız müəyyən ölkələrə və maraq qruplarına maksimum fayda təmin edən bir qlobal nizamsızlıq halı sistemin yeni normasına olmağa yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun mətbuata açıqlamasında ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” və “Daha adil bir dünya mümkündür” şüarlarını xatırladaraq, daha ədalətli bir dünyaya bu gün həmişəkindən daha çox ehtiyac duyulduğunu vurğulayan F.Altun deyib: “Super güclərin xüsusilə son 25 ildəki ikili standartları, ayrı-seçkilik və münaqişələri qızışdıran hərəkətləri onları yeni dünya nizamında önəmli rol oynamaq legitimliyindən də məhrum edib. Həmçinin ölkələrin və xalqların əksəriyyətinin bu super güclərin maraq və faydaları üçün istismar edildiyi bir dünya nizamı qəbul oluna bilməz. Mövcud sistemdə xüsusi mövqeyə sahib olan beynəlxalq təşkilatlar və dövlətlər əvvəlcə bu həqiqəti anlamalı, yeni dövrə uyğun strategiyalarını buna görə tənzimləməlidir”.

Türkiyənin dünyada sülhün bərqərar olması kontekstində üzərinə düşən konstruktiv rolu vurğulayan F.Altun ölkəsinin Rusiya-Ukrayna münaqişəsində atəşkəsin təmin edilməsi üçün üzərinə götürdüyü vasitəçilik rolunun və Qara dəniz taxıl razılaşmasının qurulmasına yönələn təşəbbüslərinin, qlobal ərzaq böhranının qarşısının alınmasında həyati əhəmiyyət daşıdığını xatırladıb.

Son illərdə müharibə cinayətləri, kütləvi qırğınlar və soyqırımları ört-basdır etmək üçün ən çox istifadə olunan vasitənin dezinformasiya olduğunu vurğulayan F.Altun deyib: “Haqq mübarizəsi ədalət mübarizəsi kimi bütün bəşəriyyətin ortaq məsələsidir və beynəlxalq əməkdaşlıq tələb edir. Həqiqət böhranının yeni norma halına gəldiyi bu şərtlərdə doğru məlumata və şəffaflığa əsaslanan rasional bir qlobal iqtisadi sistemin qurulması mümkün deyil”.

Seçilən
11
xalqqazeti.az

1Mənbələr