"Bu tədbir qeyri-hökumət təşkilatlarımız üçün böyük əhəmiyyət kəsb etdi".
Bu fikri QHT.az -a özəl açıqlama verən “QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin sədri Naibə Behudova bildirib. Onun sözlərinə görə, 17 Noyabr tarixində Azərbaycan Milli QHT Forumu və Pan-Afrika İqlim Ədaləti Alyansının birgə təşkil etdiyi "İqlim fəaliyyəti üzrə Azərbaycan - Afrika vətəndaş cəmiyyəti həmrəyliyinin gücləndirilməsi" mövzusunda tədbir keçirilib. QHT sədri tədbirdə iştirak etdiyini, tədbirin çox möhtəşəm keçdiyini və bu cür beynəlxalq əməkdaşlıq tədbirlərinin, xüsusilə COP29-un Azərbaycanda keçirilməsinin qeyri-hökumət təşkilatları üçün çox səmərəli olduğunu qeyd edib:
"Tədbirdə bizim qarşıya qoyduğumuz bütün məsələlər müzakirə olundu və bu, həm iqlim məsələləri, həm də birliklə bağlı təşkilatlarımızın fəaliyyətində böyük əhəmiyyət daşıd".
Naibə Behudova həmçinin COP29 çərçivəsində müxtəlif ölkələrdən əlaqələr qurduqlarını və gələcəkdə bu əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını vurğuladı.
"Bir neçə ölkədən dəvətlər almışıq və bu istiqamətdə işlərimizi davam etdirmək niyyətindəyik. Hər şey çox möhtəşəm idi".
Pərvanə Fərhadqızı
QHT.az