AZ

Kənd təsərrüfatı sektorlarının isti iqlimə uyğunlaşmasına kömək etmək üçün təcili iş görmək lazımdır - Yalçın Rəfiyev

Bakı. Trend:

Kənd təsərrüfatı sektorlarının isti iqlimə uyğunlaşmasına köməketmək üçün təcili iş görmək lazımdır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə başdanışıqçı Yalçın Rəfiyev COP29 Prezidentliyinin mətbuatkonfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, fermerlərin iqlimə uyğunlaşması üçünBakı-Harmoniya İqlim Təşəbbüsünü işə salmışıq.

“Bunun məqsədi fermerlərə davamlılıq yaratmaq üçün alətlərverməkdir. Bakı-Harmoniya İqlim Təşəbbüsü həmçinin fermerləringəlir əldə etməsi üçün əlçatan təlimatlar hazırlamaq üçün maliyyəinstitutları ilə işləyəcək.

Əvvəlki COP-lar artıq metanla bağlı irəliləyiş əldə edib.COP26-nın qlobal metan öhdəliyi artıq Azərbaycan da daxil olmaqla160-a yaxın ölkəni əhatə edir. Vədi yerinə yetirmək üçün biz metanemissiyalarının bütün əsas mənbələrinə, o cümlədən qalıqyanacaqlara, kənd təsərrüfatına və üzvi tullantılara nəzəryetirməliyik”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr